Yuxarı

Böyük Vətən müharibəsi ilə bağlı müsabiqə elan edildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Vətən müharibəsi ilə bağlı müsabiqə elan edildi

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasına biri də əlavə olunub. Belə ki, Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.

Kult.az xəbər verir ki, vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarət müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək.

Müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə rəhbərlik edəcək. Beş nəfərdən ibarət münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək.

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçməlidirlər. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı [email protected] elektron ünvanından əldə etmək olar.

Qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

Müsabiqədə Qran-Priyə layiq görüləcək bəstənin müəllifinə 2 min manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1 500, 1 250 və 1 000 manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Tarix
2020.04.08 / 19:58
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla