Yuxarı

Güneydə “Sarı gəlin”lə ürəkləri fəth etdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güneydə “Sarı gəlin”lə ürəkləri fəth etdi - Video

“Səda” mahnı yarışında iştirak etdim və fəxr edirəm ki, məhz “Sarı gəlin” mahnısını oxudum.

Bu sözləri Kult.az-a güneyli müğənni Rza Xatəminiya bir neçə gündür sosial platformalarda geniş yayılan “Sarı gəlin” ifası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ifanın hamı tərəfindən sevilməsinə səbəb mahnını fərqli oxuması olub:

“Peşəkar musiqi təhsilim var. Bir neçə ustad xanəndədən dərs almışam. Elə “Sarı gəlin” mahnısını oxumağı da mənə ustadım Həsən Məbədi Ətbari məsləhət gördü. Mən də onun məsləhətinə qulaq asdım və peşman olmadım. Fərqli oxudum, ona görə ifam bəyənildi”.

Müğənni ifasının tamaşaçılar tərəfindən sevinclə qarşılanmasına da münasibət bildirib:

“Mən yarışmanın finalına kimi gəlib çıxmışam. Finalda oxuduğum ifanı insanlar əvvəllər də eşidiblər. Mənim tərzimi və ifamı istər müsabiqə iştirakçıları, istərsə də zalda oturanlar çox bəyəndilər. Mahnı çox yaxşıdır, dinləyən zövq alır. Elə orada olan insanlar da bu mahnını mənimlə birgə oxudular. Hesab edirəm ki, Azərbaycan mahnısını ürəkdən oxuduğum üçün belə rəğbət qazandım”.

Qeyd edək ki, güneyli müğənninin səs yarışmasında “Sarı gəlin”i oxuduğu video bir neçə gündür sosial platformalarda böyük maraqla qarşılanıb.

Tarix
2023.07.01 / 10:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla