
AZAL təyyarəsinə kənardan müdaxilə edildiyi təsdiqlənib...
14:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyan həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, sabiq sədr Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində sahibkarlıq fəaliyyətində qanunsuz iştirak, çirkli pulların yuyulması və digər ittihamlarla həbs edilib.
Vardan Arutyunyan 2014-2016-cı illərdə “Qazprom Ermənistan” (Rusiyanın eyniadlı şirkətinin törəməsi – red.) QSC-nin İdarə Heyətinin sədri və baş direktoru, 2016-2018-ci illərdə isə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri olub.
Qeyd edək ki, erməni mediası Arutyunyanı Rusiyaya yaxınlığı ilə tanınan şəxs kimi təqdim edib.
Tarix
2025.08.08 / 12:33
|
Müəllif
Axar.az
|