
Əsas mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli oldu
01:59
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Argentina Prezidenti Xavyer Mileyin kortejinə seçkiöncəsi təşviqat kampaniyası zamanı etirazçılar daş və butulka atıblar.
Axar.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Prezident Lomas de Zamora şəhərində sakinləri salamlayaraq üstü açıq avtomobillə hərəkət edərkən tərəfdarları, polis və etirazçılar arasında qarşıdurma yaranıb. Maşına müxtəlif əşyalar atılandan sonra dövlət başçısının mühafizəsi onu təcili uzaqlaşdırmağa qərar verib.
Prezidentin sözçüsü Manuel Adorni X-də bildirib ki, xəsarət alan yoxdur. O, iğtişaşlarda keçmiş prezident Kristina Fernandez de Kirşnerin tərəfdarlarını günahlandırıb.
Tarix
2025.08.28 / 01:14
|
Müəllif
Axar.az
|