Yuxarı

Fransa böyük müharibəyə hazırlaşır: Xəstəxanalara təlimat...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa böyük müharibəyə hazırlaşır: Xəstəxanalara təlimat...

Fransa hökuməti ölkə üzrə xəstəxanalara “böyük toqquşma” ssenarisinə hazırlaşmaq üçün rəsmi təlimatlar göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb.

Məlumata görə, Regional Səhiyyə Agentliklərinə (ARS) verilən tapşırığa əsasən, tibb işçiləri 2026-cı ilin martına qədər çoxsaylı yaralı hərbçiləri qəbul etməyə hazırlanmalıdır. Fransa bu halda həm öz əsgərləri, həm də müttəfiq ölkələrin yaralılarını qəbul edən arxa baza rolunu oynaya bilər.

Plan çərçivəsində xüsusi tibbi mərkəzlərin yaradılması, gündə 250 nəfərə qədər yaralının qəbul edilməsi və mülki xəstəxanaların 180 gün ərzində 100–500 min xəstəyə xidmət göstərməsi nəzərdə tutulur. Sənəddə həmçinin bütün tibbi işçilərin ixtisasından asılı olmayaraq səfərbər edilə biləcəyi vurğulanır.

Müvafiq addımlar “Milli Strateji İcmal – 2025” doktrinasına əsaslanır. Sənəddə 2030-cu ilə qədər Avropada Fransa və müttəfiqlərin iştirakı ilə genişmiqyaslı silahlı münaqişə ehtimalının yüksək olduğu bildirilir.

Tarix
2025.09.03 / 07:00
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla