Yuxarı

Trampın Putinə verdiyi müddət bitdi: “Silah təzyiqi” başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Putinə verdiyi müddət bitdi: “Silah təzyiqi” başladı

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə sülh sazişi ilə bağlı verdiyi vaxt 2 sentyabr 2025-ci il tarixində başa çatdı. Bu tarixdən sonra Rusiya və ABŞ münasibətlərində hansı istiqamətlərdə dəyişiklik olacağı ciddi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Axar.az-a danışan ekspert Natiq Cəfərli Trampın davranışlarının ABŞ ilə Rusiya arasında dərin və qlobal anlaşmaların mövcud olduğuna işarə etdiyini bildirib.

“Söhbət təkcə Ukrayna münaqişəsindən getmir. Trampın ritorikası və atdığı addımlar göstərir ki, tərəflər arasında daha geniş - qlobal səviyyədə razılaşmalar var”, - o vurğulayıb.

Ekspertin fikrincə, Ukrayna məsələsi artıq bir növ “düyünə düşüb” və ABŞ əvvəlki kimi sanksiyalarla Rusiya üzərində effektiv təsir göstərməkdə çətinlik çəkir. Bu səbəbdən yeni və daha sərt metodlara əl atılır.

Yeni təzyiq vasitəsi: Silah

N.Cəfərlinin sözlərinə görə, ABŞ administrasiyası silah gücü ilə təzyiq strategiyasına keçib:

“ABŞ tərəfindən Ukraynaya 3.200 ədəd raketin verilməsi qərara alınıb. Avropa ölkələri də ilin sonuna qədər ABŞ-dan təxminən 7 milyard dollar dəyərində silah alıb Ukraynaya ötürəcək. Bu, həm hərbi balansı dəyişmək, həm də Rusiya qarşısında ciddi siyasi-psixoloji üstünlük yaratmaq məqsədi daşıyır”.

İndiki gedişat nə vəd edir?

“ABŞ həmçinin Rusiyanın müttəfiqlərinə qarşı da təzyiq addımlarına başlayıb. Hindistana qarşı tətbiq edilən 50%-lik tarif buna nümunədir. Səbəb isə Hindistanın Rusiyadan neft almasıdır”, - ekspert əlavə edib.

Natiq Cəfərlinin fikrincə, gələn həftə diplomatik müstəvidə mühüm görüşlər baş tuta bilər:

“Çox güman ki, yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ nümayəndələri arasında İstanbulda və ya ərəb ölkələrindən birində görüş keçiriləcək.

Bu görüşlərdə həm Ukrayna məsələsinin, həm də ABŞ-Rusiya münasibətlərinin gələcək taleyinin müəyyən ediləcəyi gözlənilir”.

Tarix
2025.09.04 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib? - Rəsmi

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla