Rumıniya, Macarıstan və Çexiyanın kəşfiyyat xidmətləri bütün Avropada fəaliyyət göstərən Belarus kəşfiyyat şəbəkəsinin ləğv edildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Çexiya kəşfiyyatı bir sıra Avropa ölkəsində Belarus KQB-nin casuslarını aşkarlayıb:
“Onların arasında gizli məlumatları KQB-yə ötürən Moldova kəşfiyyatının keçmiş rəis müavini də var idi. Çexlər diplomat pərdəsi altında fəaliyyət göstərən belarus casusunu də ölkədən çıxarıb. Həmin şəxsə Çexiyanı tərk etmək üçün 72 saat vaxt verilib. Belarus bu casus şəbəkəsini ona görə yarada bilib ki, onun diplomatları bütün Avropada sərbəst hərəkət edə bilirlər. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi isə 47 yaşlı şübhəlini dövlətə xəyanət ittihamı ilə həbs etdiyini bildirib. Şübhəli şəxs əvvəllər Moldova Təhlükəsizlik və Kəşfiyyat Xidmətində yüksək vəzifələrdə çalışıb”.