
Azərbaycanda məşhur mağaza bağlanır
18:50
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Özbəkistanın Anqren şəhərindən baş verən dəhşətli yol-nəqliyyat qəzasında ölənlərin sayı 13 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 7-də saat 12:20 radələrində Anqren şəhərində dəhşətli qəza baş verib: sement daşıyan “Şaqman” markalı yük maşını idarəetməni itirərək iki yük maşınına dəyib və dəmir yolu keçidində dayanan minik avtomobillərinə çırpılıb. Özbəkistan DİN-in məlumatına əsasən, hadisə nəticəsində 11 nəfər ölüb, 5 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 4 nəfərə ambulator tibbi yardım göstərilib.
Tarix
2025.09.10 / 15:41
|
Müəllif
Zeynəb Əkbər
|