Yuxarı

AB Leyeni yola salır? - Səsvermə təyin edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Leyeni yola salır? - Səsvermə təyin edildi

Avropa Parlamenti oktyabrın 6-dan 9-dək baş tutacaq plenar iclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimad məsələsini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” Avropa Parlamentinin sədri Roberta Metsolanın məktubuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iki siyasi qrup, ifrat sağçı “Avropa vətənpərvərləri” və solçuların nümayəndələri ayrı-ayrılıqda vəsatətlər təqdim etdikdən sonra təşəbbüs səsverməyə çıxarılıb. Qərar Leyenin AB-nin vəziyyəti ilə bağlı illik çıxışından bir neçə saat sonra qəbul edilib.

“Avropa vətənpərvərləri” Avropa Komissiyasının rəhbərini qeyri-kafi şəffaflıq və hesabatlılıqda, habelə ABŞ-la Avropa üçün əlverişsiz ticarət sazişi bağlamaqda ittiham edib. Solçular isə öz növbəsində AB-nin ticarət siyasətini tənqid edib və AB-ni İsrailin Qəzzada apardığı müharibə qarşısında passivlikdə ittiham ediblər.

Tarix
2025.09.16 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana hücumda iştirak edən Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla