Yuxarı

Tramp oğlunu buna görə Ərdoğanla görüşə göndəribmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp oğlunu buna görə Ərdoğanla görüşə göndəribmiş

ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarıgizli səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-a rəsmi səfərə dəvət edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Görünür, Trampın oğlu və Ərdoğan bu səfərin təfərrüatını müzakirə ediblər. Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır.

Tramp digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır.

Bundan əlavə, Tramp Türkiyənin ABŞ istehsalı olan “Boinq” təyyarələrini almasını istəyir. Ancaq Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışı ilə bağlı razılaşma əldə etmək istəyir. ABŞ-ın keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir iş adamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-a əlavə gəlir gətirəcək.

Həmçinin prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə, Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”, - deyə Şahinoğlu bildirib.

Tarix
2025.09.20 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla