
Suflyor qalmaqalı: Tramp zarafat etdi, Berbok cavab verdi
20:31
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Polşa hökuməti Belarusla sərhəddəki keçid məntəqələrini sentyabrın 25-də açacaq.
Axar.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə hökumətin iclasından öncə deyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri sentyabrın 24-dən 25-nə keçən gecə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi “Qərb-2025” təlimləri ilə əlaqədar sentyabrın 12-də bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.
Tarix
2025.09.23 / 18:34
|
Müəllif
Axar.az
|