Yuxarı

Sahibə Qafarova Laosun baş prokuroru ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Laosun baş prokuroru ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Xotfouthonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri bu tədbirin prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsinə və ümumi çağırışların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.

Qeyd olunub ki, ölkələrimizin siyasi partiyaları – Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilab Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Tarix
2025.09.23 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla