Yuxarı

Avropada niyə "sirli" PUA-lar peyda olur? - Rusiyanın hiyləsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada niyə "sirli" PUA-lar peyda olur? - Rusiyanın hiyləsi

Avropa üzərində pilotsuz uçuş aparatları (PUA) heç vaxt “havadan peyda olmur”.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı rabitə texnologiyaları və radioelektron mübarizə üzrə ekspert Sergey Biskrestnov bildirib.

“PUA heç vaxt boşluqdan yaranmır. Onlar ya uzaqdan uçub gəlir və bu marşrutu NATO-nun HHM sistemləri dəqiq qeydə alır, yaxud da müəyyən ölkələr daxilində hansısa separatçılar tərəfindən buraxılır. Bununla bağlı isə ümumiyyətlə heç bir informasiya yoxdur. Şəxsi fikrim budur ki, buraxılış Baltik dənizinin akvatoriyasında Rusiya gəmilərindən həyata keçirilib. Mən mühəndis kimi məhz belə edərdim”, – deyə o vurğulayıb.

Bundan başqa, ekspertin sözlərinə görə, bütün PUA qeydləri Rusiyaya yaxın ölkələrdə aşkarlanıb:

“İspaniyada və ya İtaliyada belə hallar yoxdur”.

O, həmçinin qeyd edib ki, ölkələrin bəyanatlarından başqa, havadakı obyektlərin məhz nə olduğu barədə heç bir fiziki sübut yoxdur:

“‘Dron” sözünün altında həm “Mavik”, həm də Rusiyanın böyük kəşfiyyat aparatı “Orion” nəzərdə tutula bilər. Amma nə qalıqlar, nə də fotolar var”.

Ekspert əlavə edib ki, müəmmalı PUA-ların peyda olması fiziki olaraq yalnız hava limanlarının, mülki və yük daşımalarının işinə təsir edir.

Tarix
2025.09.27 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla