Yuxarı

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

2022-ci ilin sentyabrında Ukrayna qoşunları zəif olan Rusiyanın müdafiə mövqelərini ələ keçirərək, Xarkov vilayəti boyunca şimala, şərqə və cənuba doğru irəlilədi, Oskol çayına çatdı və dəmir yolu qovşağı olan Kupyansk şəhərini azad etdi. Lakin üç il sonra şəhər yenidən işğal təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Radio Free Europe” nəşri yazıb.

“Biz tükəndirici müharibə vəziyyətindəyik. Həlledici amil yalnız dözmək, səbirlə düşmənin potensialını zəiflətməkdir, ancaq həlledici zərbə olmayacaq”, – deyə Fransanın analitik mərkəzi olan Strateji və Müdafiə Araşdırmaları İnstitutunun direktor müavini, hərbi ekspert Tibo Fuyye bildirib.

Qeyd olunur ki, əgər kəskin dəyişikliklər baş verməsə, o zaman Kupyanskın süqutu payız yağışlarının başlanğıcı ilə üst-üstə düşə bilər.

Məqalədə vurğulanır ki, əsasən Oskol çayının şərq sahilində möhkəmlənən Rusiya qoşunları bir neçə ay ərzində yavaş-yavaş şimala doğru irəliləyiblər, çünki onların komandirləri cəbhənin digər sahələrinə üstünlük veriblər.

Bildirilir ki, Kupyanskdan keçən mühüm dəmir yolu xətti Ukrayna qoşunlarının mövqelərini ölkənin ikinci ən böyük şəhəri olan Xarkovdan təchiz edilməsinə imkan verir.

Tarix
2025.10.03 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla