Yuxarı

Urmiya gölündə 10 milyard ton duz var – Böyük təhlükə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Urmiya gölündə 10 milyard ton duz var – Böyük təhlükə

Hesablamalara görə, Urmiya gölünün qurumuş yatağında təxminən on milyard ton duz var. Göl yatağının təxminən 5500 kvadrat kilometr sahəsi olduğunu nəzərə alsaq, daimi küləklər və fırtınalar vasitəsilə bu duz kütləsinin ətraf bölgələrə yayılacağını bildirə bilərik.

Axar.az xəbər verir ki, bunu iranlı kinorejissor Möhsün Qasid sosial media hesabında yazıb.

O, Urmiya gölünün quruması nəticəsində baş verəcək ekoloji fəsadlar barədə xəbərdarlıq edib:

"Duz tozunun havaya sovrulması gölün ətrafındakı şəhər və kəndlərdə dəri, tənəffüs, görmə və hətta müxtəlif növ xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq. Bu hadisə kənd təsərrüfatı torpaqlarını və bağları da məhv edəcək və uzunmüddətli perspektivdə ölkənin şimal-qərbi səhralaşacaq", - sənətçi yazıb.

Qeyd edək ki, maksimum 33, minimum 15 milyard kubmetr su tutumu olan Urmiya gölü quruyub və hazırda göldə yalnız 200 milyon kubmetrə yaxın su qalıb.

Tarix
2025.10.07 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla