Yuxarı

Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı

Türkiyə hazırda hava qüvvələrini yeni texnologiyalarla gücləndirmək mərhələsindədir və "Tayfun"ların alınması gələcək 4–5 il ərzində yarana biləcək risk və təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

"ABŞ-la aparılan danışıqlarda F-35 məsələsi tam həll olunmadı, F-16-ların modernləşməsi də istənilən səviyyədə həyata keçmədi. Bu şəraitdə Türkiyənin döyüş donanmasını müasir tələblərə uyğun yeniləməsi labüddür. Məhz buna görə "Tayfun" kimi təyyarələrin alınması hərbi baxımdan tam məntiqlidir.

Bu qərarın siyasi tərəfi də önəmlidir. Türkiyə bu addımı həm Avropa Birliyi ilə münasibətləri tarazlamaq, həm də Rusiya–Ukrayna müharibəsi və regional gərginliklər fonunda siyasi əməkdaşlığı gücləndirmək məqsədilə atdı", - Karauz bildirib.

Generalın sözlərinə görə, Türkiyə üçün əsas təhlükə istiqamətləri arasında Yunanıstan, Suriya və Şərqi Aralıq dənizi dayanır, enerji təhlükəsizliyi baxımından isə bu alımlar güc balansına müsbət təsir göstərəcək:

"44 ədəd "Tayfun"un alınması Türkiyənin balans siyasətinin, Birləşmiş Krallıqla razılaşmanın və Qərb–Rusiya münasibətlərindəki strateji xəttin davamıdır. Bu, eyni zamanda S-400 məsələsindən sonra yaranmış etimad böhranını da yumşalda bilər. Çünki bu addım Rusiya siyasətinə qarşı yönəlməyib, tamamilə hərbi və siyasi zərurətdən doğur".

Ekspert sonda əlavə edib ki, "Tayfun" təyyarələrinin Türkiyənin istehsal etdiyi sursat, radar və elektron sistemlərlə inteqrasiyası ölkəyə mühüm texnoloji üstünlüklər qazandıracaq və gələcəkdə əlavə hərbi ehtiyacları əhəmiyyətli dərəcədə azaldacaq.

Tarix
2025.11.01 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla