Yuxarı

İsrailin hücumu ilə İran nələr itirib? - Arakçı tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin hücumu ilə İran nələr itirib? - Arakçı tələb etdi

İranın xarici işlər naziri Abbas Arakçı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək ABŞ, eləcə də İsraili İrana qarşı təcavüz aktları törətməkdə günahlandırıb, Vaşinqton və Təl-Əvivin beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məktubda hücumların 1100-dən çox mülki şəxsin ölümünə, çoxsaylı yaralanmaya və İranın MAQATE nəzarəti altında olan dinc nüvə obyektləri də daxil olmaqla, mülki infrastrukturun dağıdılmasına səbəb olduğu bildirilib. O, bu hərəkətlərlə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu iddia edib.

İranlı nazir vurğulayıb ki, ABŞ təkcə İsrailin hərəkətlərinə rəhbərlik etmək üçün deyil, həm də vurulan maddi və mənəvi ziyana görə beynəlxalq məsuliyyət daşıyır. İran tərəfi kompensasiya və əvvəlki status-kvonun bərpasını tələb edib.

Tarix
2025.11.13 / 10:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla