Yuxarı

Maduronun qaçırılmasında Rusiyanın da rolu var - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maduronun qaçırılmasında Rusiyanın da rolu var - NYT

Məlum olduğu kimi, Rusiyanın çox təriflənən hava hücumundan müdafiə sistemləri Venesuelada fiaskoya uğrayıb. ABŞ Silahlı Qüvvələri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatına başlayanda bu sistemlər hətta radar şəbəkəsinə belə qoşulmamışdı.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Rusiyanın çox təriflənən S-300 və Buk-M2 hava hücumundan müdafiə sistemləri Venesuela ilə Rusiya arasında sıx əlaqələrin güclü simvolu olmalı idi. Bu ittifaq Rusiyaya Qərb yarımkürəsində ABŞ-a qarşı artan müqavimət imkanı verirmiş kimi görünürdü”, – deyə məqalədə bildirilir.

Lakin jurnalistlərin mənbələrinin sözlərinə görə, Venesuela S-300 sistemlərini lazımi səviyyədə saxlaya və istismar edə bilməyib.

Nəşr fotoşəkillər, videolar və peyk görüntüləri üzərində apardığı təhlil nəticəsində müəyyən edib ki, ABŞ hücumu zamanı hava hücumundan müdafiə sisteminin bəzi komponentləri hələ də anbarda idi və istismara verilməmişdi. Buna görə də aylarla davam edən xəbərdarlıqlara baxmayaraq, Venesuela Vaşinqtonun əməliyyatına hazır olmayıb.

Bəzi ekspertlər qeyd edirlər ki, Venesuela hərbçilərinin məğlubiyyətinə görə Rusiya da məsuliyyət daşıyır. Çünki rusiyalı təlimatçılar və texniki mütəxəssislər sistemlərin tam döyüş hazırlığını təmin etməli və onların bu vəziyyətdə saxlanmasına kömək etməli idilər. Bu vəziyyətə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin də təsir göstərdiyi istisna edilmir.

Bundan əlavə, nəşrin iki mənbəsi hesab edir ki, Rusiya Vaşinqtonla daha böyük qarşıdurmadan qaçmaq üçün Venesuelaya satdığı hərbi texnikanın “sakitcə yararsız vəziyyətə düşməsinə imkan vermiş ola bilər”. Çünki Venesuela hərbçiləri Amerika təyyarəsini vursaydılar, bu, Kreml üçün ciddi mənfi nəticələrə səbəb ola bilərdi.

Tarix
2026.01.13 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla