Yuxarı

Qohum nikahları bu baxımdan “faydalı”dır - Britaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qohum nikahları bu baxımdan “faydalı”dır - Britaniya

Birinci dərəcəli qohumlar - xalauşaqları və əmiuşaqları arasında evlilik və nəsilartırmanın mümkün faydaları və riskləri ilə bağlı müzakirələr davam edir.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (MSX) yaydığı yeni sənədlərə əsasən, qohum olmayan valideynlərin uşaqlarında genetik xəstəliklərə tutulma riski təxminən 3 faiz təşkil etdiyi halda, qohum nikahlarında bu göstərici 15 faizə yüksəlir.

Məlumata görə, qohum evlilikləri bəzi hallarda maliyyə və sosial təminat baxımından faydalı hesab olunur və sosial kapitalın formalaşmasına töhfə verə bilər. Bununla yanaşı, oraqvari hüceyrəli anemiya, kistik fibroz və əzələ distrofiyası kimi genetik xəstəliklər yaxın qohum valideynlərin uşaqları arasında daha çox müşahidə olunan problemlər sırasındadır.

Qeyd edək ki, 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar sırasına ümumi bioloji baba və ya nənəyə malik olan qardaş və bacı uşaqları, bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, eləcə də bibi (xala) ilə qardaş (bacı) oğlu daxil edilib.

Tarix
2026.01.26 / 15:58
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla