Yuxarı

Pxenyan Rusiyaya silah tədarükünü dayandırıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pxenyan Rusiyaya silah tədarükünü dayandırıb?

Yanvar ayında Şimali Koreya Rusiyaya silah tədarükünün həcmini kəskin şəkildə azaldıb.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “NK Nyus” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, yanvar ayında Rusiyanın cəmi bir konteyner gəmisi Şimali Koreya limanlarına daxil olub.

“Planet Labs”ın peyk görüntülərinə əsasən, gəmi 14 yanvarda silah ixracı ilə əlaqəli olan körpüyə yan alıb. Bundan bir gün əvvəl isə qonşu limanda boş konteynerlər gəmidən endirilib.

Görüntülərin analizi göstərib ki, bu, ehtimal ki, daha əvvəl Rusiya ilə KXDR arasında silah ticarətində əsas rol oynamış iki Rusiya gəmisindən biri olub — ya “Anqara”, ya da “Lady R”.

Bundan əvvəl Rusiya gəmisinin Şimali Koreya limanına son belə səfəri ötən ilin 21 dekabrında qeydə alınıb. Gəmi yola düşdükdən sonra bir neçə gün ərzində körpüdə konteynerlər boşaldılıb və onlar yola salınma üçün daha üç həftə gözləyiblər.

“NK Nyus” yazır ki, adətən Rusiya gəmiləri Şimali Koreya limanına hər ay ən azı üç dəfə səfər edirdi. Yanvardakı fasilənin səbəbləri məlum deyil. Məqalə müəllifləri bunun bu il xüsusilə sərt keçən pis hava şəraiti ilə bağlı ola biləcəyini ehtimal edirlər. Analitiklər həmçinin istisna etmirlər ki, Şimali Koreyadan silah alınmasına Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının aktivləşməsi və ya KXDR-nin daxili siyasi vəziyyəti də təsir etmiş ola bilər.

Tarix
2026.01.31 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla