Yuxarı

ABŞ ərazimizdə ordumuza bunu diktə etməyə çalışır - Arakçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ərazimizdə ordumuza bunu diktə etməyə çalışır - Arakçı

Qərb yarımkürəsində sarı rənglə qeyd olunan ərazi ABŞ-dır. Planetin o biri tərəfində sarı rənglə işarələnən ərazi isə İrandır. Qırmızı rəngli kiçik dairə də Hörmüz boğazını göstərir. Sahillərimizin yaxınlığında fəaliyyət göstərən ABŞ ordusu bizim silahlı qüvvələrimizin öz ərazisində təlimlər keçirməsi qaydalarını diktə etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X hesabında yazıb.

“ABŞ Mərkəzi Komandanlığı Vaşinqtonun “terror təşkilatı” siyahısına daxil etdiyi milli hərbi qüvvədən “peşəkarlıq” tələb edir və bununla yanaşı, həmin “terror təşkilatının” hərbi təlimlər keçirmək hüququnu da tanıyır!

Ancaq bu absurddur, çünki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həmişə Fars körfəzi və Hörmüz boğazında sülh, sabitliyin müdafiəçisi olub və olmaqda da davam edir.

Bizim bölgəmizdə o, həm terrorçulara, həm də işğalçı hərbi qüvvələrə qarşı döyüş meydanında öz gücünü sübut etmiş qorxulu bir qüvvə kimi tanınır.

Hörmüz boğazında gəmiçiliyin azadlığı və ticarət gəmilərinin təhlükəsiz keçidi həm İran, həm də qonşularımız üçün həyati əhəmiyyət daşıyır”, - deyə Arakçı bildirib.

Arakçı vurğulayıb ki, bölgədə kənar qüvvələrin olması həmişə deeskalasiya əvəzinə eskalasiyaya səbəb olub.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı SEPAH-ın Hörmüz boğazında keçirdiyi hərbi təlimlərlə bağlı açıqlama yayaraq, iranlı hərbçiləri ABŞ qüvvələrinin regionda olduğunu nəzərə almağa və peşəkarcasına davranmağa səsləmişdi.

Tarix
2026.01.31 / 23:56
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla