Yuxarı

ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?

ABŞ Prezidenti Donald Tramp administrasiyasında əmindirlər ki, ABŞ-la Rusiya arasında ticarət əlaqələrinin bərpası müharibənin yenidən başlanmasının qarşısını alan bir “sığorta mexanizmi” olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.

“Ağ Evdə inanırlar ki, bu prosesdə amerikalı investorlar zənginləşəcək. Lakin daha əvvəl Rusiyanın iqtisadi sektorunda müəyyən rol oynamış şəxslər bu perspektivə o qədər də nikbin yanaşmırlar.

Ukraynadakı müharibə ilə bağlı Trampın Rusiyadakı əsas elçisi olan, eyni zamanda developer və Trampın dostu sayılan Stiv Uitkoff sülh razılaşması əldə edildikdən sonra Moskva ilə ticarət sazişlərini hərbi əməliyyatların yenidən başlamamasına zəmanət kimi görür. Guya hamı rifah içində yaşasa, bu, regionda münaqişələrin qarşısını alacaq”, - nəşr qeyd edib.

Nəşrin yazdığına görə, Tramp administrasiyasında sanki sülh elan edildikdən sonra qazanıla biləcək pullar barədə xəyallar qururlar. Uitkoff bu yaxınlarda demişdi ki, Rusiyanın çox böyük resursu, çox geniş torpaq sahəsi var. Tramp isə ötən il Putinlə iqtisadi inkişafla bağlı mühüm sazişləri müzakirə etdiyini bildirmişdi.

Lakin “Carnegie Russia Eurasia Center” analitik mərkəzinin böyük elmi əməkdaşı Tatyana Stanovayanın sözlərinə görə, ticarət razılaşmasının sülhə zəmanət olacağı inandırıcı deyil. Xüsusilə ona görə ki, Kreml üçün pul onun əsas təhlükəsizlik maraqları hesab etdiyi məsələlərdən daha önəmli deyil.

Tarix
2026.02.04 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla