Yuxarı

Trampın təhdidi: Bu ölkə AB-yə üzvlüyü sürətləndirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın təhdidi: Bu ölkə AB-yə üzvlüyü sürətləndirir

İslandiya hakimiyyəti geosiyasi gərginliyin artması səbəbindən Avropa Birliyinə daxil olma prosesini vaxtından əvvəl bərpa etmək imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“İslandiyanın hakim koalisiyası əvvəlcə 2027-ci ilə qədər Avropa Birliyinə qoşulma prosesini başlatmağı planlaşdırırdı. İndi ABŞ Prezidenti Donald Trampın Danimarkanın Qrenlandiyadakı muxtariyyətinə qarşı təhdidlərindən və tariflərin tətbiqindən sonra ölkə hakimiyyəti 2026-cı ilin avqust ayında referendum keçirmək istəyir. İslandiya parlamentinin səsvermənin tarixini yaxın həftələrdə elan edəcəyi gözlənilir. İslandiyalılar AB-yə qoşulmaq üçün səs verərsə, digər namizəd ölkələrdən əvvəl icmaya qoşula biləcəklər. İslandiya artıq Şengen zonasının və Avropa İqtisadi Zonasının bir hissəsidir, ona görə də bir çox AB qanunları artıq onun ərazisində qüvvədədir. Lakin AB-yə qoşulmaq üçün Reykyavik birinci referendumun nəticələrinə əsasən daha bir referendum keçirməlidir”, - məlumatda deyilib.

Qeyd edək ki, İslandiya 2009-cu ildə maliyyə böhranı zamanı AB-yə qoşulmaq üçün müraciət etmişdi. 2013-cü ildə iqtisadi vəziyyət yaxşılaşdıqca ölkə hökuməti üzvlük danışıqlarını dayandırmışdı.

Tarix
2026.02.23 / 11:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla