Yuxarı

İranın İsrailə yeni hücum dalğası başladı - Yenilənib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın İsrailə yeni hücum dalğası başladı -

12:14

İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb

Məlumata görə, İsrail istiqamətində təxminən 30 raket atılıb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

***

İsrailin "12-ci kanal"ı xəbər verir ki, İsrailin şimalında partlayışlar baş verib.

***

İsrailin HHM sistemləri İran raketini zərərsizləşdirib, zərərçəkən yoxdur.

Bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

"Ölkənin Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, İrandan İsrailin mərkəzi hissəsinə doğru buraxılmış bir raket HHM vasitələri tərəfindən zərərsizləşdirilib", - nəşr bildirir.

Məlumata görə, İrandan ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında yenidən sirenlər işə düşüb.

***

İsrailin şimalı fasiləsiz atəşə tutulur.

Bu barədə İsrail KİV məlumat yayıb.

***

İsrail mediası İran tərəfindən daha bir raketin buraxılması barədə məlumat yayıb.

"İsrail Müdafiə Ordusu İrandan yeni ballistik raketin buraxıldığını qeydə aldığını bildirir. Yaxın dəqiqələrdə İsrailin cənub hissəsində sirenaların səslənməsi gözlənilir. Xəbərdarlıq alan israillilərə bomba sığınacaqlarında gizlənmələri tapşırılır", - məlumatda bildirilib.

***

İran İsrail ərazisinə təxminən 35 ballistik raket buraxıb.

Bu barədə İsrail KİV-i məlumat yayıb.

Raketlərin bir hissəsi HHM vasitələri tərəfindən zərərsizləşdirilib, digərləri isə açıq ərazilərə düşüb.

Həmçinin İsrail ərazisinə raket və onlarla mübarizə vasitələrinin qalıqlarının düşməsi barədə məlumatlar daxil olub; həkimlərin sözlərinə görə, bir nəfər yüngül xəsarət alıb.

***

İsrail arxa cəbhə komandanlığı İrandan yeni hücumlar barədə əhaliyə xəbərdarlıq edib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Komandanlıq eyni zamanda hava təhlükəsi ilə bağlı xəritəni də paylaşıb.

***

İranın İsrailə raket zərbələrinin daha bir dalğası başlayıb.

Bu barədə "Tasnim" məlumat yayıb.

Tarix
2026.02.28 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla