Yuxarı

Ərdoğan Xameneinin ölümü ilə bağlı başsağlığı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Xameneinin ölümü ilə bağlı başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dini lider Əli Xameneinin ölümü ilə bağlı İrana başsağlığı verib.

Axar.az xəbər verir ki, Türkiyə lideri bu barədə X səhifəsində yazıb.

"Dünən baş verən hücumlarda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin həlak olması xəbərini dərin kədər hissi ilə eşitdim. Hörmətli Xameneiyə Allah-Təaladan rəhmət diləyirəm və qardaş İran xalqına başsağlığı verirəm.

Ölkəm və xalqım adından başsağlığı verirəm. İran xalqı ilə birlikdə Türkiyə olaraq bölgədəki bütün dost və qardaşlarımızın layiq olduqları sülh və sabitliyi bərpa etməsi, bölgəmizi bürüyən münaqişənin bitməsi və diplomatiyaya qayıtmağımız üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik", - deyə Türkiyə prezidenti yazıb.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Tarix
2026.03.01 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla