Yuxarı

Tramp hədəfi dəyişdi: bu, III Dünya müharibəsidir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp hədəfi dəyişdi: bu, III Dünya müharibəsidir?

Bu döyüşü anlamağın açarı qarşı tərəflərin apardığı müharibələrin tamamilə fərqli olmasıdır. İslam Respublikası üçün bu, yaşamaq məsələsidir. İsrail üçün də İranın hərbi və nüvə potensialının məhv edilməsi ekzistensial məsələ hesab olunur. Lakin ABŞ üçün bu, seçim əsasında aparılan müharibədir və ideal halda tez başa çatmalıdır.

Axar.az xəbər verir ki, bu barədə müdafiə və diplomatiya üzrə şərhçi Mark Urban “Tayms” nəşri üçün yazdığı məqalədə qeyd edib.

Onun fikrincə, Pentaqon bu müharibəyə daha genişmiqyaslı – Rusiya və Çinlə davam edən qarşıdurmalar kontekstində baxır və İran istiqamətinə həddindən artıq resurs sərf etmək istəmir:

“Məhz buna görə ABŞ silahlı qüvvələrinin rəhbəri general Den Keyn müharibənin məqsədini İranın qonşuları üçün hərbi təhdidə çevrilməsinin qarşısını almaq kimi müəyyən edib. Onun fikrincə, İranın silahlı qüvvələrinin məhv edilmə tempi nəzərə alınarsa, bu məqsədə nisbətən qısa müddətdə nail olmaq mümkündür.

Lakin bir neçə gün sonra Donald Tramp “şərtsiz kapitulyasiya” tələb etdi və ölkənin yeni rəhbərliyinin seçilməsində rol oynamaq istədiyini bildirdi. İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Denni Tsitrinoviç isə bildirib ki, əgər Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu həqiqətən də İranın gələcəyini formalaşdırmaq niyyətindədirlərsə, mövcud rejim şəraitində belə nəticəyə uzunmüddətli və potensial olaraq sonsuz münaqişə olmadan nail olmaq çətindir”.

Ekspertin sözlərinə görə, bəzi insanlar bu genişlənən münaqişəni qlobal rəqabətə görə III Dünya müharibəsi adlandırmağa tələsirlər. Lakin bu, 1940-cı illərdəki minlərlə bombardmançı təyyarənin hücumları və şərq cəbhəsində milyonlarla əsgərin döyüşdüyü müharibədən tamamilə fərqlidir.

Onun fikrincə, ən vacib məqam odur ki, dünyada demək olar heç bir ölkə – bəlkə də yalnız Çin istisna olmaqla – hazırda gördüyümüz qədər yüksək dəqiqlikli silahların nəhəng xərclərini uzun müddət ərzində qarşılaya bilməz:

“ABŞ isə bu müharibəyə milli sağ qalma məsələsi kimi daxil olmayıb. Buna görə də ölkə kütləvi səfərbərlik elan etməyə və ya öz sənayesini tam şəkildə müharibə rejiminə keçirməyə hazır deyil”.

Tarix
2026.03.08 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla