Yuxarı

SEPAH Qərbi Azərbaycanda silah paylayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH Qərbi Azərbaycanda silah paylayır

Qərbi Azərbaycan əyalətinin bir neçə şəhərində SEPAH və "Bəsic" qüvvələrinin silahsız üzvlərinə silah paylanılır.

Axar.az xəbər verir ki, bu barədə ofisi Vaşinqtonda yerləşən İran İnsan Haqları Təşkilatı yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Maku, Çaldıran, Şot, Poldəşt və Bazarqan bölgələrindəki SEPAH və "Bəsic" qüvvələri gecə saatlarında gizlicə silahlandırılır.

Məlumata görə, bu qüvvələr artıq iki gündür ki, təhdid və təzyiq altında silahsız üzvlərini silahlanmağa cəlb edir:

“Bu, İrandakı kürd partiyaların koalisiyasının yaradılmasından və son günlərdə beynəlxalq mediada bu partiyaların hərbi əməliyyatları barədə xəbərlərin dərc olunmasından sonra baş verib. Hökumətin silahlı kürd qruplaşmaların İraqın şimalındakı Kürdüstan Regional Muxtariyyətindən İrana keçməsindən ehtiyat etdiyi üçün yerli tərəfdarlarını silahlandırmağa başladığı ehtimal olunur”.

Qeyd edək ki, iki gün əvvəl də SEPAH Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində İrana sadiq yerli əhalinin silahlanmasına açıq çağırış edib və onlardan silah almaq üçün SEPAH və "Bəsic" mərkəzlərində qeydiyyatdan keçmələrini istəyib.

Oxşar cəhd və çağırışın Şərqi Azərbaycanın bir neçə şəhərində də edildiyi bildirilsə də, bu, etibarlı mənbələr tərəfindən təsdiq olunmayıb.

Tarix
2026.03.08 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla