Yuxarı

Makrondan Pezeşkiana: Hücumları dərhal dayandır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makrondan Pezeşkiana: Hücumları dərhal dayandır!

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, Fransa lideri bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Makron qeyd edib ki, hazırda Fransa səfirliyində olan Sesil Koler və Jak Parinin təhlükəsizliyi və Fransaya qayıtmaları rəsmi Paris üçün tam prioritet qalır.

O, həmçinin İranın regiondakı ölkələrə hücumları dərhal dayandırmasının vacibliyini vurğulayıb və Tehranı Hörmüz boğazının de-fakto blokadasına son qoymaqla naviqasiya azadlığını təmin etməyə çağırıb.

Fransa prezidenti İranın nüvə və ballistik raket proqramlarını inkişaf etdirməsi, eləcə də regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlığını bildirib. Onun sözlərinə görə, bu, mövcud böhranın səbəbidir.

Makron qeyd edib ki, bu çağırışları həll etmək, eskalasiyanı dayandırmaq və sülhü qorumaq üçün diplomatik yol hər zamankından daha vacibdir.

Onun sözlərinə görə, tərəflər əlaqə saxlamaq barədə razılığa gəliblər.

Tarix
2026.03.08 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla