Yuxarı

Paşinyan Makronla regional hadisələri müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Makronla regional hadisələri müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata əsasən, həmsöhbətlər Ermənistan-Fransa münasibətlərini müzakirə ediblər. Xüsusilə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadiyyat və infrastruktur sahələrində birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin regional hadisələri müzakirə edib, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Paşinyan və Makron Ermənistanla Avropa Birliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərinə də toxunublar. Hər iki tərəf müxtəlif istiqamətlərdə tərəfdaşlığın dərinləşdirilməsinin və birgə təşəbbüslərin səmərəli şəkildə inkişafının əhəmiyyətini qeyd edib.

Tarix
2026.03.10 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla