Yuxarı

Azərbaycanda xəstəxana direktoru cərimələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda xəstəxana direktoru cərimələndi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparıb.

Axar.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi barəsində idarəetmə qaydaları əleyhinə olan inzibati xəta - yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı protokol tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilib və işə məhkəmədə baxılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan başqa, obyektin elektrik naqilləri Elektrik Qurğularının Quraşdırılması Qaydalarına (EQQQ) uyğun çəkilməyib.

Elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılması ilə bağlı akt da tərtib edilməyib. Eyni zamanda, obyektin tikintisində istifadə olunan taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmayıb. Bina norma və standartlara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və ümumilikdə binada cəmi bir ədəd odsöndürən balonun olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə "Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərov İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.

Tarix
2026.03.17 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla