Yuxarı

ABŞ "B-1" bombardmançılarını yenidən İrana göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ "B-1" bombardmançılarını yenidən İrana göndərdi

ABŞ Hərbi Hava Qüvvələrinin bir qrup "B-1B Lancer" strateji bombardmançı təyyarəsi İranın hava məkanında döyüş tapşırıqlarını yerinə yetirmək üçün Böyük Britaniyadakı Ferford aviabazasından havaya qalxıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, aviasiya resurslarının məlumatlarında qeyd olunub.

İran səmasında günün qaranlıq vaxtı həyata keçirilən birbaşa əməliyyat nəzərə alınmaqla, fasiləsiz uçuş missiyanın müddəti təxminən 18-20 saat təşkil edəcək.

Hər bir təyyarə 20 km-ə qədər mənzilli, 900 kiloqramlıq 24 ədəd JDAM aviabombası daşımaq qabiliyyətinə malikdir. Bu cür döyüş sursatları İranın ən mühüm obyektlərinə, xüsusən də ballistik raketlərin yerləşdirildiyi, saxlandığı və istehsal olunduğu yerlərə zərbələr endirmək üçün istifadə olunur.

Hərbi əməliyyat başlayandan bəri ABŞ strateji bombardmançı təyyarələri İran hədəflərinə artıq 20 hava hücumu həyata keçirib.

Hazırda Ferford aviabazasında ABŞ-nin 18 ağır bombardmançı təyyarəsindən, o cümlədən 12 "B-1B Lancer" və 6 "B-52H Stratofortress" təyyarəsindən ibarət qruplaşma yerləşir.

Tarix
2026.03.17 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla