Yuxarı

İran müharibəsi enerji təchizat zəncirlərini alt-üst etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi enerji təchizat zəncirlərini alt-üst etdi

Yaxın Şərqdəki müharibə artıq qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında ciddi pozuntulara səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Nəşrin yazdığına görə, ən böyük zərbə inkişaf etməkdə olan ölkələrə dəyir, lakin risklər sürətlə Avropaya da yayılır:

“Qətərdə yerləşən “Ras Laffan" zavodu bu ayın əvvəlində İran pilotsuz uçuş aparatının hücumundan sonra bağlanıb. Bu, zavodun üç onillik fəaliyyəti ərzində ilk dəfə tədarükün dayanması deməkdir. Sonrakı zərbələr dağıntıları daha da artırıb və ziyanın miqyası hələ də məlum deyil.

Dünyanın ən böyük mayeləşdirilmiş qaz istehsalı zavodunun bir həftə fəaliyyətsiz qalması Avstraliyanın Sidney şəhəri böyüklüyündə bir şəhəri bir il elektriklə təmin etməyə yetəcək qədər enerji itkisi deməkdir. Bu isə dünya iqtisadiyyatlarında enerji yükünü artırır.

Yaxın Şərqdə üç həftə davam edən müharibə qlobal enerji təchizat zəncirlərini alt-üst edib. Hörmuz boğazının faktiki blokadası benzin və aviasiya yanacağının qiymətlərinin kəskin artmasına səbəb olub, Hindistanda yemək bişirmək üçün qaz qıtlığı dava-dalaşlara gətirib çıxarır, fermerlər isə dizel yanacağı və gübrə ilə bağlı narahatdırlar.

Demək olar ki, ehtiyatların olmaması, strateji rezervlərin azlığı və asan alternativlərin tapılmaması fonunda mayeləşdirilmiş təbii qaz (LNG) böyüyən böhranın ən ağrılı nöqtələrindən birinə çevrilə bilər”.

Tarix
2026.03.20 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla