Yuxarı

Ermənistan iki gündəmlə üz-üzədir: sülh və müharibə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan iki gündəmlə üz-üzədir: sülh və müharibə

Bu gün Ermənistanın siyasi mənzərəsi iki gündəmlə üzləşir: sülh və müharibə.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

“Biri qonşulara qarşı müəyyən tələblərlə, digəri isə regionda sülhün bərqərar olması ilə bağlıdır. Söhbət Nikol Paşinyandan yox, gündəmdən, siyasi baxışdan, siyasi mövqedən gedir. Əgər bunu şəxsən Nikol Paşinyana yönəltsəniz, qoy elə olsun və biz Nikol Paşinyanı sülhün simvolu hesab edəcəyik. Mən buna qətiyyən qarşı deyiləm”, - Simonyan bildirib.

Paşinyanın müharibə üçün konkret bir tarix - sentyabr ayını qeyd etməsi ilə bağlı sualı cavablandıran Simonyan vurğulayıb ki, siyasətçilər də siyasi təhlil apara bilərlər:

“Ermənistan Respublikasının aparıcı siyasi fiqurlarından biri kimi baş nazirin də bunu etmək hüququ var və bu, qiymətləndirmədir. Yeri gəlmişkən, müxalifət nümayəndələri də oxşar məsələləri qaldırıblar, həmişə bir ayın adını çəkirlər. Niyə təəccüblənirsiniz? Bunda qəribə nə var?”

Qeyd edək ki, Nikol Paşinyan Mülki müqavilə Partiyasının iyunda keçirilən seçkilərdə məğlub olacağı halda sentyabrda müharibə başlayacağını bildirib.

Tarix
2026.03.24 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla