Yuxarı

ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməz – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməz – Ekspert

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməz.

Axar.az xəbər verir ki, bu barədə italiyalı iqtisadçı, keçmiş dövlət katibinin müavini Mişel Qeraci bildirib.

Onun sözlərinə görə, İranda hakimiyyət sistemi olduqca möhkəmdir və onu dağıtmaq çox çətindir:

“ABŞ İranda rejim dəyişikliyinə nail ola bilməz. Ölkədə hakimiyyətin bölüşdürülməsi və nəzarət mexanizmləri çox güclüdür və bu sistemi sarsıtmaq mümkün deyil”, – o qeyd edib.

Ekspert vurğulayıb ki, İran cəmiyyətinin böyük hissəsinin şiə olması və mövcud siyasi struktur hakimiyyətin davamlılığını təmin edir:

“ABŞ-da bir çox insan Vaşinqtonun İrana qarşı hərbi siyasətini dəstəkləmir. ABŞ kəşfiyyat sistemində fəaliyyət göstərən bəzi şəxslər də bu yanaşmaya etiraz edərək vəzifələrindən ayrılıb. İran nüvə silahına malik deyil və bu səbəbdən ABŞ üçün birbaşa təhlükə yaratmır. Tehran nüvə proqramı əvəzinə daxili inkişaf layihələrinə yönəlsə, bu, ölkə əhalisinin rifahını artıra bilər”.

Tarix
2026.03.25 / 10:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla