Yuxarı

Rusiya hücumları: Ukraynada bir gündə 6 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya hücumları: Ukraynada bir gündə 6 nəfər öldü

Sutka ərzində Rusiyanın Ukraynanın bir neçə rayonuna hücumları zamanı altı nəfər həlak olub, onlarla insan yaralanıb.

Axar.az xəbər verir ki, Donetsk vilayətinin Kramatorsk şəhərində çoxmərtəbəli binaya aviabombanın düşməsi nəticəsində biri yeniyetmə olmaqla, üç nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Zaporojyeyə zərbə zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zareçnoye qəsəbəsində fərdi ev və qeyri-yaşayış binası dağılıb, yanğın baş verib.

Xersonun Korabelnı rayonunda Rusiya pilotsuz uçuş aparatının zərbəsi bir qadının həyatına son qoyub, bir kişi isə ağır yaralanıb.

Nikolayev rayonunun Voskresensk icmasında hücum və pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 13 yaşlı qız həlak olub, yeddisi 10-16 yaşlı yeniyetmə olmaqla, 9 nəfər xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xarkovun Xolodnoqorsk rayonuna pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr zamanı iki nəfər xəsarət alıb.

Tarix
2026.03.29 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla