Yuxarı

Türkiyə kəşfiyyatı casusu Livan sərhədində saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə kəşfiyyatı casusu Livan sərhədində saxladı

Türkiyə Milli İstehbarat Təşkilatı və Suriya Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilən birgə əməliyyat çərçivəsində xarici dövlətin maraqları naminə casusluq etdiyinə görə axtarışda olan Türkiyə vətəndaşı Öndər Sığırcıkoğlu Suriya-Livan sərhədində saxlanılıb.

Axar.az xəbər verir ki, o, artıq Ankaraya gətirilib və məhkəmə orqanlarına təhvil verilib.

Məlumata görə, saxlanılan şəxs 2011-ci ildə Azad Suriya Ordusunun komandirləri olan Hüseyn Harmuş və Mustafa Kassumu qaçıraraq Bəşər Əsəd rejiminə təhvil verib. H.Harmuş işgəncə ilə öldürülüb və bu, Suriya cəmiyyətində rezonans doğurub.

Bildirilir ki, 2013-cü ildə Ö.Sığırcıkoğlu Türkiyədə 20 il həbs cəzasına məhkum edilib. Lakin o, 1 il sonra həbsxanadan qaçıb və uzun illər müxtəlif ölkələrdə gizlənib.

Tarix
2026.03.30 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla