Yuxarı

Çin və Pakistandan İranla bağlı beş bəndlik plan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin və Pakistandan İranla bağlı beş bəndlik plan...

Çin və Pakistan Fars körfəzi və Yaxın Şərq regionlarında sülh və sabitliyin bərpasına yönəlmiş beş bəndlik birgə təşəbbüs təqdim ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, müvafiq təklifləri Çinin xarici işlər naziri Van Yi və Pakistanın Baş nazirinin müavini, XİN rəhbəri İshaq Dar Pekindəki görüşün yekunlarına əsasən səsləndiriblər.

Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar.

Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına çağırıb, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb.

Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib.

Bundan əlavə, Çin və Pakistan gəmiçiliyin, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, gəmilərin və onların heyətlərinin qorunmasına və normal hərəkətin tezliklə bərpa edilməsinə çağırıblar.

Sonda tərəflər BMT-nin rolunun gücləndirilməsinin və təşkilatın Nizamnaməsinin prinsiplərinə riayət olunmasının tərəfdarı olduqlarını bildirərək, beynəlxalq hüquq əsasında hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının zəruriliyini qeyd ediblər.

Tarix
2026.03.31 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla