Yuxarı

Rusiya İsrailə aid 55 hədəfin məlumatlarını İrana ötürüb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İsrailə aid 55 hədəfin məlumatlarını İrana ötürüb

Rusiya kəşfiyyatı İsrail ərazisində yerləşən kritik enerji infrastrukturu obyektlərinin ətraflı siyahısını İrana təqdim edib. Siyahıya 55 obyekt daxil edilib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” Ukrayna xüsusi xidmət orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məlumat Tehrana İsrailin enerji sisteminə dəqiq zərbələr endirmək imkanı verə bilər. Siyahıya daxil edilən obyektlər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. Birinci səviyyəyə ən kritik istehsal obyektləri daxil edilib:

“Məhz bu obyektlərin məhv edilməsi milli enerji sistemini iflic edə bilər. Hesabatda konkret olaraq “Orot Rabin” elektrik stansiyası əsas hədəf kimi göstərilib.

İkinci səviyyəli hədəflər iri şəhər və sənaye enerji qovşaqlarıdır. Bu obyektlər əsasən İsrailin mərkəzi hissəsində yerləşir və böyük yaşayış məntəqələrinə xidmət edir.

Üçüncü səviyyəyə isə yerli infrastruktur aid edilib. Buraya sənaye zonalarını və daha kiçik elektrik stansiyalarını enerji ilə təmin edən regional yarımstansiyalar daxildir”.

Rusiya kəşfiyyatı qeyd edib ki, İsrailin enerji sistemi yüksək dərəcədə izolyasiya olunub və bu, onun zəif tərəfidir:

“İsrail qonşu ölkələrdən elektrik enerjisi idxal etməyən “enerji adası” olduğuna görə, Rusiya kəşfiyyatı iddia edir ki, hətta bir neçə əsas komponentin zədələnməsi belə tam və uzunmüddətli enerji çöküşünə səbəb ola bilər. Bu isə kütləvi elektrik kəsintilərinə və aradan qaldırılması çətin olan texniki nasazlıqlara gətirib çıxarar”.

Tarix
2026.04.07 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla