Yuxarı

İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı

İranın Küveytdəki ABŞ bazasına hücumundan sağ çıxanlar Pentaqon rəhbəri Pit Heqseti baş verənlər barədə yalan danışmaqda ittiham ediblər.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

“Müharibənin başlanğıcından bəri İranın ABŞ qüvvələrinə qarşı ən ölümcül hücumundan sağ çıxanlar Pentaqonun hadisələrlə bağlı verdiyi açıqlamanı təkzib edir və Küveytdəki bölmələrinin təhlükə altında olduğunu iddia edirlər. Hərbi personal “PUA-nın möhkəmləndirilmiş obyektin müdafiəsini yardığını” iddia edən Heqsetin hadisələrlə bağlı verdiyi açıqlamanı təkzib edib. Yaralı əsgərlərdən biri bunu yalan adlandırıb və mövqenin möhkəmləndirilmədiyini, bölmənin kifayət qədər müdafiəyə malik olmadığını vurğulayıb. Əsgər bildirib ki, bölmə özünü heç bir müdafiə növü ilə təmin etməyə hazır deyildi. Bu, möhkəmləndirilmiş mövqe deyildi”, - məlumatda deyilib.

Qeyd olunub ki, sözügedəm hücum nəticəsində altı nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu, 2021-ci ildən bəri ABŞ qoşunlarına qarşı ən ölümcül hücum olub. Hərbi personal partlayışdan sonra qurbanların ağır baş yaraları, qanaxma və eşitmə zədəsi aldığını bildirib.

Tarix
2026.04.10 / 11:39
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla