Yuxarı

Türkiyədə daha bir məktəbə hücum planı: 8 şagird...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə daha bir məktəbə hücum planı: 8 şagird...

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən 8 şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Məlumata görə, Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları Vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. "12/A Avionics" adlı 20 nəfərlik Vatsap qrupunda ünsiyyət quran şagirdlərin Şanlıurfa və Qəhrəmanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı müzakirə etdikləri müəyyən olunub.

Jandarma əməkdaşları tərəfindən təhdid mesajlarının aşkarlanmasından sonra genişmiqyaslı araşdırma başlanıb. Əldə edilən məlumatlar əsasında hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər keçirib. Əməliyyat zamanı T.Y. (17 yaş), A.K. (17), A.E.Ö. (17), E.K. (17), R.D. (18), F.G. (17), Ç.S. (17) ve A.Ç. saxlanılıb.

Şübhəlilərin evlərində və rəqəmsal materiallarda axtarışlar aparıldıqdan sonra sübutlar götürülüb.

Məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb, 5 nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb, bir nəfər haqda hansı qərarın verildiyi açıqlanmayıb.

Tarix
2026.04.18 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla