Yuxarı

Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi Londonun şimalındakı Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra “ciddi” səviyyəsinə qaldırılıb.

Axar.az xəbər verir ki, qərar ölkənin Birgə Terror Təhlili Mərkəzi tərəfindən elan olunub.

Bu qurum Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan Mİ5 daxilində fəaliyyət göstərsə də, təhlükə qiymətləndirmələrini müstəqil şəkildə aparır. Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səviyyəsi “əhəmiyyətli” idi və bu, hücum ehtimalının mümkün olduğu anlamına gəlirdi.

Daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsinin artırılması mövcud risklərin ciddi olduğunu göstərir.

Məlumata görə, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar saxlanılan şübhəlinin 45 yaşlı Essa Süleyman olduğu açıqlanıb.

Tarix
2026.04.30 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla