Yuxarı

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid...

ABŞ Prezidenti Donald Trampın ailəsi Qazaxıstana ciddi şəkildə ayaq açır. Qazaxıstan lideri Qasım-Jomart Tokayev Rusiya və Çin şirkətlərini kənara qoyaraq, ABŞ Prezidenti Donald Trampa volfram hasilatı ilə bağlı şəxsi təklif irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı məlumat yayıb.

“Trampın oğlanları tərəfindən dəstəklənən şirkət keçən il Qazaxıstanda volfram hasilatı üçün ABŞ hökumətindən 1,6 milyard dollara qədər dəstək alan vacib mineral qrupu ilə birləşməyə razılıq verib. Sentyabrın 22-də Tokayev Trampı Amerikanın “Cove Kaz Capital” investisiya qrupuna böyük volfram mədən layihəsini təhvil vermək planları barədə məlumatlandırıb. ABŞ hökuməti tərəfindən dəstəklənən “Cove Kaz” şirkəti Çin və Rusiya şirkətləri ilə rəqabət aparır. Sözügedən şirkət Qazaxıstanda mədənin təhlükəsizliyini təmin etmək üçün Trampdan, Rubiodan və Latnikdən birbaşa yardım alıb. Federal hökumət tərəfindən maliyyələşdirilən iki agentlik - ABŞ İxrac-İdxal Bankı və İnkişaf Maliyyə Korporasiyası ötən il Qazaxıstanın mərkəzindəki “Şimali Katpar” və “Yuxarı Kayraktı” layihələrinin inkişafını dəstəkləmək üçün 1,6 milyard dollara qədər vəsait ayırıb. Hazırda “Cove Kaz” bu layihələrin 70%-nə nəzarət edir. Bu həftə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, region xaricindəki ölkələrin Mərkəzi Asiyanın hərbi sahəsində iştirakı qəbuledilməzdir. Və Rusiya bunu hərbi təhdid kimi qəbul edəcək. Hərbi ekspertlər hesab edirlər ki, bu, Özbəkistan, Qazaxıstan və Türkmənistanın ABŞ, AB və Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək niyyətinə birbaşa təhdiddir”, - məlumatda qeyd edilib.

Tarix
2026.05.01 / 15:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla