Ərdoğan bu hücumlardan narahatdır
22:10
| Ana səhifə Planet |
|
Prezident Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və mayın 31-dən gec olmayaraq istefa verməlidir.
Axar.az xəbər verir ki, bunu Macarıstanın yeni Baş naziri Peter Magyar deyib.
Yeni baş nazir Şuyoku konstitusiyanın və qanunun aliliyinin təminatçısı olmaq əvəzinə, hökumətin sosial, siyasi və maliyyə sahələrində sui-istifadə hallarının qarşısını ala bilməməkdə günahlandırıb.
“Şuyok bu gün bütün xalqı təmsil etdiyini və hüququn aliliyi prinsipindən danışdı. O, son iki il ərzində ilk dəfə olaraq bununla bağlı narahatlığını ifadə edir. Halbuki Viktor Orban baş nazir vəzifəsini tutduğu dövrdə o, susqun mövqe nümayiş etdirirdi”, - deyə Magyar bildirib.
|
Tarix
2026.05.09 / 21:16
|
Müəllif
Ləman Cavadova
|