Yuxarı

Hantavirus yayılan gəmidən sərnişinlər təxliyə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hantavirus yayılan gəmidən sərnişinlər təxliyə edildi

İspaniyanın Kanar adalarına çatan “MV Hondius” kruiz gəmisindən hantavirus yayılması səbəbindən 100-ə yaxın sərnişin təxliyə olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, gəmidən 19 müxtəlif ölkəni təmsil edən 94 nəfər çıxarılıb.

Bundan əvvəl gəmi Kanar adalarının Tenerife limanında lövbər salıb. İspaniya hakimiyyəti sərnişinlərin təxliyəsi üçün xüsusi protokol hazırlayıb.

Məlumata görə, son repatriasiya reysinin mayın 11-də həyata keçirilməsi planlaşdırılır. Təxliyə prosesi başa çatdıqdan sonra təxminən 30 ekipaj üzvü ilə gəminin dezinfeksiya olunmaq üçün Niderlanda göndərilməsi gözlənilir.

Bildirilir ki, gəmidə hantavirus səkkiz nəfərdə aşkarlanıb. Üç sərnişin həyatını itirib, bir nəfər isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir.

İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərnişinlərə kayutlarda qalmaq göstərişi verilib. Bununla belə, hantavirusun inkubasiya dövrünün bir neçə həftə davam edə bilməsi yeni yoluxma hallarının operativ aşkarlanmasını çətinləşdirir.

Qeyd edək ki, Niderland bayrağı altında üzən gəmi aprel ayında Argentinanın Uşuayya şəhərindən yola düşərək Kanar adalarına istiqamətlənmişdi. Gəmidə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla təxminən 150 nəfər olub.

Tarix
2026.05.11 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla