Yuxarı

Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil – Mirzoyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil – Mirzoyan

Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil, ölkənin təşkilatdan çıxarılması məsələsi birtərəfli şəkildə müzakirə edilə bilməz.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “Aİİ və AB-yə üzvlük bir araya sığmaz və Ermənistan bunu çox yaxşı başa düşür” sözlərini şərh edərkən deyib.

“Ermənistanın Aİİ-dən çıxması məsələsi İrəvanın özü belə bir tələb irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz. Biz belə bir istəyi ifadə etməmişik. Buna görə də bizim kənarlaşdırılmamız məsələsi müzakirə edilə bilməz. Nizamnamədə bu nəzərdə tutulmayıb”, - o bildirib.

Ermənistanın müvafiq qərarı nə vaxt verə biləcəyi ilə bağlı sualı Mirzoyan belə cavablandırıb:

“Belə bir ehtiyac yarandıqda, qərar qəbul edəcəyik. Vaxt barədə danışa bilmərəm. Bizim gündəmimizdə belə bir məsələ yoxdur”.

Tarix
2026.05.21 / 11:24
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla