Yuxarı

Hilinin təyyarəsi Rusiya yaxınlığında GPS siqnalını itirib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hilinin təyyarəsi Rusiya yaxınlığında GPS siqnalını itirib

Böyük Britaniyanın müdafiə naziri Con Hilinin olduğu hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş zamanı GPS siqnalını itirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Nəşrin jurnalisti Britaniya hərbi qüvvələrinin Estoniyanın cənub-şərqində yerləşən bölmələrinə səfər edən naziri müşayiət edib. Heyətdə həmçinin hərbi müşavirlər, adı açıqlanmayan üçulduzlu general və iki fotoqraf da olub.

Məlumata görə, mayın 21-də Britaniyaya qayıdarkən “Dassault Falcon 900LX” tipli təyyarədə qlobal mövqetəyinetmə sistemi – GPS siqnalı itib.

Qəzet yazır ki, sistemi yalnız yenidən başladaraq bərpa etmək mümkün idi, lakin təyyarə havada olduğu üçün bu edilməyib. Nəticədə pilot üç saat davam edən uçuş boyunca xarici siqnallara ehtiyac duymayan inertial naviqasiya sistemindən istifadə edib.

“Tayms” qeyd edib ki, hadisə zamanı təyyarənin idarə panelinin bir hissəsi fəaliyyətini dayandırıb, sərnişinlərin kompüterləri isə internetə qoşula bilməyib.

Nəşr baş verənlərin məhz bu təyyarəyə qarşı yönəlmiş məqsədli müdaxilə olub-olmadığı ilə bağlı nəticə çıxarmayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Tarix
2026.05.25 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla