Yuxarı

Almaniyada avtomobil məktəbliləri vurdu: iki uşaq öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada avtomobil məktəbliləri vurdu: iki uşaq öldü

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dinslaken şəhərində avtomobilin bir qrup məktəblini vurması nəticəsində iki şagird həlak olub.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil naməlum səbəbdən məktəb yaxınlığında hərəkət zolağından çıxaraq üç şagirdi vurub. Avtomobil zərbənin təsirindən daha sonra yol kənarında park edilmiş üç nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində ağır xəsarətlər alan iki məktəbli ölüb. Digər uşaq isə yüngül xəsarətlər alıb. Avtomobilin sürücüsünün də ağır yaralandığı bildirilir.

Polis və prokurorluq tərəfindən araşdırma aparılır. Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Lakin ilkin məlumata əsasən, hadisənin qəsdən törədilmədiyi ehtimal olunur. Qəzaya sürücünün səhhətində qəfil yaranmış problemin səbəb olduğu qeyd edilib.

Tarix
2026.05.27 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla