Yuxarı

Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan diqqət çəkən açıqlamalar verib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, o, qardaşının Şuşa döyüşləri zamanı Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edildiyini xatırladıb.

Nazir mövzunu revanşistlər, xüsusən də hərbi cani Seyran Ohanyan haqqında danışarkən açıb.

O, “24Nyus”un müxbirinə açıqlamasında bunları deyib:

“Mənim qardaşım Şuşa şəhərinin girişində Daxili İşlər Nazirliyinin Alayı ilə birgə döyüşərkən və mühasirədə qalan zaman Seyran Ohanyan harada idi? O, hər şeyi çox yaxşı bilir, qardaşımı da çox yaxşı tanıyırdı. Mən isə bir daha bu sualı təkrarlayıram: niyə qardaşım Şuşada öldürüldü, Seyran Ohanyan isə salamat qaldı?”

Avanesyan daha sonra deyib ki, indiki revanşistlərin hamısı döyüş bölgəsində olmalı idi:

“Çünki onlar Qarabağ haqqında çox ucadan qışqırırdılar. Bəs Koçaryan harada idi? Onun oğulları harada idi? Bu yalançı elitanın oğulları və qardaşları harada idi axı?”

Xatırladaq ki, Şuşa və onun ətrafında gedən döyüşlərdə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) əsas rol oynayıblar. Anahit Avanesyanın açıqlamasından bəlli olur ki, onun qardaşı məhz XTQ tərəfindən Daxili İşlər Nazirliyi Alayının döyüşçüləri ilə birgə məhv edilib.

Tarix
2026.05.31 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla