Yuxarı

Rusiya məğlub oldu - Avropa Paşinyanı təbrikə qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya məğlub oldu - Avropa Paşinyanı təbrikə qaçdı

2026.06.08. 23:00

Ermənistanda 7 iyunda baş tutan parlament seçkilərində Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının 49,82% səslə qalib gəlməsi və 105 yerlik parlamentdə, ilkin nəticəyə görə, 64 mandat əldə etməsi Rusiyada aqressiya ilə qarşılandı.

Axar.az xəbər verir ki, həm Kremlin mətbuat katibi Dmitri Peskov, həm Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, o cümlədən ayrı-ayrı rus siyasətçilər və Duma deputatları Ermənistanda seçkinin şəffaflığını sual altında qoydular, hətta açıq şəkildə seçicilərin hüquqlarının pozulmasından da bəhs etdilər.

Rusiya ilk dəfədir ki, Ermənistanda seçkilərin nəticələrinə bu qədər açıq şəkildə aqressiya ilə reaksiya verir və qalibi təbrik etməyə tələsmir.

Bunun əvəzində isə xüsusilə Avropa liderləri Nikol Paşinyanı təbrik etmək üçün "növbəyə durdular".

Paşinyanı təbrik edən liderlərin siyahısı belədir:

1. Fransa Prezidenti Emmanuel Makron;

2. Almaniya kansleri Fridrix Merz;

3. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis;

4. Avropa Şurasının prezidenti Antonio Kosta;

5. Danimarkanın Baş naziri Mette Frederiksen;

6. Litvanın Baş naziri İnqa Ruqiniene;

7. Avstriyanın Federal Kansleri Kristian Stoker;

8. İspaniyanın Baş naziri Pedro Sançez;

9. İsveçin Baş naziri Ulf Kristersson;

10. Hindistanın Baş naziri Narendra Modi;

11. Polşanın Baş naziri Donald Tusk;

12. Genişlənmə üzrə Avropa komissarı Marta Kos;

13. Moldova Prezidenti Maya Sandu;

14. Avropa Parlamentinin prezidenti Roberta Mezzola;

15. Estoniyanın Baş naziri Kristen Mixal;

16. Latviya Prezidenti Edqars Rinkeviçs;

17. Xorvatiyanın Baş naziri Andrey Plenkoviç;

18. Rumıniya Prezidenti Nikos Dan;

19. Kanadanın Baş naziri Mark Karni;

20. ABŞ dövlət katibi Marko Rubio və s.

Tarix
2026.06.09 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla