Yuxarı

Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu

Qayıqlarda olan naməlum silahlı şəxslər Yəmən sahillərində bir gəmiyə hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilir.

"UKMTO Yəmənin Ədən şəhərindən 105 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Naməlum gəmiyə 4 metrə qədər yaxınlaşan iki kiçik qayıqdan atəş açılıb. Gəmidə naməlum sayda silahlı şəxs olub. Buna cavab olaraq gəmidə təhlükəsizlik tədbirləri görülüb və cavab atəşi açılıb. Qayığa hücum edənlər daha sonra təqibi dayandırıblar və gəmidən 4 dəniz mili qədər uzaqlaşıblar ", - deyə koordinasiya mərkəzi bildirib.

Qeyd edək ki, iyunun 15-də də Yəmən sahilində ticarət gəmisinə qumbaraatanla hücum olunmuşdu.

Tarix
2026.06.18 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla